Xaricdə yaşayan azərbaycanlılara sosial yardım veriləcək » Starnews.Az Xəbərin Doğru Ünvanı
Növbəti qalmaqal: Səadət Arifqızının səs-küyə
Tanınmış teleaparıcı Səadət Arifqızı yeni
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
Ağstafa rayonunda yerləşən “Müasir və Tarixi
Salyan rayonu sürətlə inkişaf edir
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
Facebook
Təqvim
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
» » Xaricdə yaşayan azərbaycanlılara sosial yardım veriləcək
Xaricdə yaşayan azərbaycanlılara sosial yardım veriləcək

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib. ...

12 yanvar 2017 15:13
Font1 Font2 Font3 Font4
Bu Xəbər 49 dəfə Oxundu
Bu Xəbəri Paylaş

Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib. 

Starnews.Az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun tətbiq edilməsi barədə” 2003-cü il 21 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 11 yanvar 2017-ci il tarixli fərmanında əksini tapıb. 

Qeyd edək ki, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna əsasən indiyə qədər Azərbaycanın müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərdilər. Ancaq bu sosial yardımı göstərəcək icra hakimiyyəti orqanları və yardımın hansı qaydada göstəriləcəyi müəyyənləşdirilməmişdi.

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanuna edilən son dəyişikliyə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərəcəklər. 

Fərmana əsasən, xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək yeganə orqan olaraq Diasporla İş üzrə Dövlət Komitəsi müəyyənləşdirilib. Sosial yardımın göstərilməsi qaydası isə Nazirlər Kabineti tərəfindən göstəriləcək.