Ölkədə virusa yoluxmayan az adam qalıb » Starnews.Az Xəbərin Doğru Ünvanı
Növbəti qalmaqal: Səadət Arifqızının səs-küyə
"Vətənim Azərbaycandır" verilişindən yeni bir
Tanınmış teleaparıcı Səadət Arifqızı yeni
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Naftalanda icra başçısı dövlətimizi dəstəkləyən
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
Facebook
Təqvim
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
» » Ölkədə virusa yoluxmayan az adam qalıb
Ölkədə virusa yoluxmayan az adam qalıb

Baş epidemoloq İbadulla Ağayev: «Respublikada epidemioloji vəziyyətlə bağlı narahatlığa əsas yoxdur"   Küçədə, avtobusda, iş yerlərində, məktəb və universitetlərdən insanların...

06 yanvar 2017 22:52
Font1 Font2 Font3 Font4
Bu Xəbər 99 dəfə Oxundu
Bu Xəbəri Paylaş
Baş epidemoloq İbadulla Ağayev: «Respublikada epidemioloji vəziyyətlə bağlı narahatlığa əsas yoxdur"

 

Küçədə, avtobusda, iş yerlərində, məktəb və universitetlərdən insanların qripdən, soyuqdəymədən əziyyət çəkməsi məlumsdur. Uzağa getməyək, bir ailənin 5 üzvündən 4-nün güclü boğaz ağrısı, qızdırma, öskürək və halsızlıqdan əziyyət çəkdiyinin şahidi oluruq. Bəs bu qədər insanın eyni vaxtda xəstələnməsinin səbəbi nədir?
Dövlət rəsmiləri ölkədə hər hansı bir epidemiyadan söhbət getmədiyini bildirir. Əhali arasında yayılan bu xəstəliyin soyuqdəymə olduğunu iddia edirlər. 
“Uşaqlar arasında virus geniş yayılıb”
 
Goranboyda 50-dən çox uşaq kəskin respirator virusuna yoluxub. Təkcə dünən 10-dan artıq belə fakt aşkarlanıb. Uşaqlarda əsasən halsızlıq və yüksək hərarət hiss edilib. Rayon Mərkəzi Xəstəxanasına son 5 gün ərzində 50-dən çox azyaşlı müraciət edib. Yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığı ilə bağlı narahatlıq keçirən 1-5 yaş arası uşaqlar xəstəxanaya çatdırılıb.
Pediatr Təranə Həsənovanın sözlərinə görə, müxtəlif yaşlı uşaqlarda günün ikinci yarsından sonra halsızlıq, yüksək hərarət artaraq ağırlaşma halaları müşahidə olunur. Virusa yoluxanlara ilkin yardım göstərilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, bu xəstəliklər ölkə ərazisində mövsümü xarakter alan kəskin respirator virus infeksiyalarıdır. İndiyə qədər bu virusa yoluxanların 258-dən nümunələr götürülüb, ancaq hələ ki, qrip virusu aşkarlanmayıb.
Afaq Əliyeva bu məsələdə valideynlərin bəzi nüanslara diqqət etmələrini tövsiyyə edir. Onun sözlərinə görə, kəskin respirator virusunun yayılmasına qarşı idarə tərəfindən davamlı olaraq dezinfeksiya tədbirləri aparılır.
Həkim: “Virus böyrək çatışmazlığı yarada bilər”
 
Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin bu ilin 51-ci həftəsinə olan məlumatına görə, Azərbaycanda qrip epidemiysı səviyyəsi aşağı olaraq qiymətləndirilib. Bu həftə ərzində Azərbaycanda alınmış burnun selikli qişası kültürlərindən 42-də virus törədib.Təşkilatın məlumatına görə, indiki virusun ştamı H3N2-dir. 
Uroloq həkim Vasif İsmayıl isə virusun böyrək çatışmazlığı yarada biləcəyi haqda məlumat paylaşıb.
Həkimin sözlərinə görə, qrip virusu, elmi adı ilə İnfluenza virusu ancaq tənəffüs sisteminin selikli qişasını tutur. Başqa orqanlara keçməsi ehtimalı çox azdır. Ancaq bu H3N2 həm də qandakı leykositləri də tuta bilir. V.İsmayıl bildirib ki, H3N2 rabdomiyoliz yaradır. Rabdomiyoliz böyrək çatışmazlığına gətirə biləcək çox riskli bir haldır: "Hazırda xəstələrdə müşahidə edilən əlamətlər - ağızda pas dadı, taqətsizlik və sidiyin tündləşməsi rabdomiyoliz dediyimiz hadisədə baş verə bilər. Buna görə də çoxlu maye için, çatdıra bilməyənlər sistem qoşdursun. Rabdomiyoliz əzələ liflərinin əriməsidir. Nəticədə ölmüş əzələ zülalları (qırmızı rəngdə olurlar) sidiyə qarışaraq atılır. Əzələ zülalının qalığı ağır molekuldur. Böyrəyin incə yollarında çökə bilər - ancaq su ilə yuya bilərsiniz".
Səhiyyə Nazirliyinin baş epidemoloqu, professor İbadulla Ağayev Avropa Xəstəliklərin Önlənməsi və Nəzarəti Mərkəzinin yaydığı məlumatların əsaslı olub-olmadığına aydınlıq gətirib: "Ölkədə xəstəliklərə Səhiyyə Nazirliyi nəzarət edir. İnternetdə yayılmış məlumatlara inanmaq olmaz. İnsanları təşvişə sala biləcək xəstəliklərlə bağlı Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasında diaqnostika aparılır. Lakin bu vaxta qədər Azərbaycanda H3N2-nin yayılması aşkarlanmayıb. Səhiyyə Nazirliyinin bütün xəstəliklər üzrə mütəxəssisləri var. Belə bir hal aşkarlansa, onunla barədə ilk məlumat bizdə olar. Respublikada epidemioloji vəziyyətlə bağlı narahatlığa əsas yoxdur".
Baş epidemioloqun sözlərinə görə, xəstəliyin bu qədər yayılması və uzun müddət davam etməsinin səbəbi insanların təlimatlara əməl etməməsidir: "Xəstə insan işə çıxmamalı həkim nəzarətində evdə müayinə edilməlidir. İşə çıxanlar digərlərini də yoluxdurur. İnsanlar özlərini qorumur və xəstələndikdə ailə üzvlərindən təcrid edilmir. Evdəki xəstə ən azı maskalardan istifadə etməli, onun qabları ayrı saxlanmalı, xəstəyə qulluq edən də maskadan istifadə etməli, özünü müalicə ilə məşğul olmayıb, həkimə müraciət etməlidir". 
Bəs izləyicilərimiz yayılmış “soyuqdəymə”yə yaxalanıbmı?
 
Kamal Əlizadə adlı izləyicimiz yazır ki, bu yaxında bir qohumu ona zəng edib: “Biz Gəncədəydik. Yazığın vəziyyəti pisləşib. Zəng vurub ki, bizə gəlin. Görün vəziyyət necədir. 103-ə zəng vurub ünvanı dedik. 103 deyir ki, siz Gəncədən zəng eləmisiniz, biz sizin dediyiniz ünvana gedə bilmərik. Yalnız Bakıdan bir adam zəng edib deyə bilər ki, paytaxtın bu ünvanına gəlin. Axırda zəng eləyib Bakıdakı qohumlarımızdan birinə dedik ki, o ünvana təcili yardım çağırsınlar”.
Sara Abdulhəsənzadə isə deyir ki, anası bir həftədir ki, xəstədir: “Dərman içmir. Çay, doşab içir. Ancaq təsir eləmir. Dərmanların tərkibi yaman gündədir. Onlar da öz təsirini itirib”.
Səma Əliyeva yazır ki, bir həftədir sağalıb: “Düz 14 gün titrədim, baş, boyun ağrısından başımı yastıqdan qaldıra bilmirdim gecələr. Ancaq gündüzlər durub işə gedirdim. Bir təhər dözdüm, özümü yerə yıxmadım. Allah bütün anaların canını sağ etsin. Anam bütün əlindən gələni etdi, biraz yaxşılaşdım. Ancaq yeni il günü yenə həmin vəziyyətə düşdüm. İndi titrəmə yoxdu. Amma hər gecə qızdırmadan, səhərlər də baş ağrısından dayana bilmirəm. Heç bir dərman da qəbul etmirəm, ev şəraitində keçib gedəcək. Mürəbbə, bankalanma belə şeylərlə yola veririk. Allah hər kəsə şəfa versin”.
Kənan adlı oxucumuz deyir ki, dekabrın axırı 1 gün qızdırması olub, keçib gedib: “Dərman 1 dəfə atdım ancaq, qızdırmanı salmağa görə. Ancaq, qalan təbii xalq təbabəti ilə gilənar, zoğal mürəbbələri ilə çay, süd filan. Anam sağ olsun, qulluq elədi bir gün çəkdi cəmi xəstələnməyim. Yəni xalq təbabətindən və dərmanlardan anlayışı olan bir doğmanız varsa, heç bir əziyyət çəkmədən xəstəlikdən tez bir zamanda qurtulmaq olar”.
Şəfa  Həsənova yazır ki, həkimləri, aptekləri qınamır, çünki onlar da dolanmaq istəyir: “Onlar da evlərinə bir tikə çörək aparır. Kökündən həll etmək lazımdır problemi. Qaldı ki xəstəliyə, çox ağır virusdur. Gedir, qayıdır tez-tez. Ancaq təmiz hava, soğan, sarımsaq, mürəbbəli çay, sulu yemək lazımdır. Hətta qızdırma yoxdursa xaş da yemək olar sirkə sarımsaqlı. Mən evdə uşaqlara 3 gün hər səhər verdim”.
Digər rəy bildirən izləyicilərimizdə kəskin şəkildə qripdən əziyyət çəkdiklərini və sağalmadıqlarını bildirirlər. Eyni zamanda səhiyyə orqanlarının məsələyə laqeyd yanaşmasından şikayətçidirlər.