Keçmiş polisin oğlu əsgərlikdən geri çağırılaraq həbs edildi » Starnews.Az Xəbərin Doğru Ünvanı
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Naftalanda icra başçısı dövlətimizi dəstəkləyən
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
Ağstafa rayonunda yerləşən “Müasir və Tarixi
Salyan rayonu sürətlə inkişaf edir
Səadət Arifqızı növbəti xeyriyyə konsertini
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
Facebook
Təqvim
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
» » Keçmiş polisin oğlu əsgərlikdən geri çağırılaraq həbs edildi
Keçmiş polisin oğlu əsgərlikdən geri çağırılaraq həbs edildi

Salyan rayonunda qətldə şübhəli bilinən şəxsin oğlu saxlanılıb. Starnews.Az xəbər verir ki, Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 2015-ci ilin noyabrında...

06 yanvar 2017 18:39
Font1 Font2 Font3 Font4
Bu Xəbər 28 dəfə Oxundu
Bu Xəbəri Paylaş

Salyan rayonunda qətldə şübhəli bilinən şəxsin oğlu saxlanılıb.

Starnews.Az xəbər verir ki, Salyan rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 2015-ci ilin noyabrında Elçin Qasımov adlı şəxsi qətlə yetirərək həyətində basdırmaqda şübhəli bilinən Rövşən Cavadovun oğlu Ağacavad Cavadzadə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanıb.

Salyan rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

APA-nın əldə etdiyi məlumata görə, A.Cavadzadə hərbi xidmətdə olub və ordudan geri çağırılaraq həbs edilib.

Qeyd edək ki, Salyan rayonunda 2015-ci ilin noyabr ayında itkin düşdüyü bildirilən 26 yaşlı Qasımov Elçin Mirqələm oğlunun meyiti rayon sakini Cavadov Rövşən Cavad oğlunun həyətində aşkarlanıb.

Rövşən Cavadovun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Salyan rayon Polis Şöbəsindən  verilən məlumata görə, daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı qətlin rayon sakini Rövşən Cavadov tərəfindən törədilməsi müəyyən edilib. Bildirilib ki, R.Cavadov E.Qasımovu öldürdükdən sonra onu öz həyətində basdırıb və ölkəni tərk edib.

Hazırda onun xarici ölkələrdən birində gizləndiyi bildirilir.
 
R.Cavadov Salyan rayon bələdiyyəsinin keçmiş sədr müavini Rafiq Cavadovun qardaşıdır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin həmin qətl hadisəsi barədə yaydığı məlumatda bildirilir ki, 2015-ci il noyabr ayının 11-də Salyan şəhərində yaşayan Elçin Qasımov evdən çıxıb və geri qayıtmayıb.

Araşdırmalarla həmin gün E.Qasımovun qonşusu Rövşən Cavadovun şəhər ərazisində yaşadığı evdə olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən bıçaqla qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib.

E.Qasımovun cəsədinin qalıqları eksqumasiya edilib.

Araşdırmalar zamanı R.Cavadovun Almaniyada olması müəyyən edilib, hazırda onun tutularaq ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə  bildirib ki, faktla bağlı dərhal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Meyitin şəxsiyyətinin dəqiqləşdirilməsi və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədi ilə zəruri, təxirəsalınmaz istintaq əməliyyat tədbirləri həyata keçirilir.