Gələn il üçün siyasi proqnozlar: 2017-ci ildə nələri gözləmək olar? » Starnews.Az Xəbərin Doğru Ünvanı
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
Ağstafa rayonunda yerləşən “Müasir və Tarixi
Salyan rayonu sürətlə inkişaf edir
Səadət Arifqızı növbəti xeyriyyə konsertini
“İdman tariximizdə növbəti qızıl mərhələ” adlı
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
11:50 "Sevgi"
Facebook
Təqvim
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
» » Gələn il üçün siyasi proqnozlar: 2017-ci ildə nələri gözləmək olar?
Gələn il üçün siyasi proqnozlar: 2017-ci ildə nələri gözləmək olar?

Çətin 2016-cı il sona çatır. Qarşıda bizi heç də asan olmayacaq 2017-ci gözləyir.  Starnews.Az xəbər verir ki, Şotlandiya Qlobal Forumunun üzvü və siyasi...

06 yanvar 2017 15:15
Font1 Font2 Font3 Font4
Bu Xəbər 75 dəfə Oxundu
Bu Xəbəri Paylaş

Çətin 2016-cı il sona çatır. Qarşıda bizi heç də asan olmayacaq 2017-ci gözləyir. 

Starnews.Az xəbər verir ki, Şotlandiya Qlobal Forumunun üzvü və siyasi təhlilçi, Azərbaycan əsilli fəal Fuad Ələkbərov 2017-cı il üçün siyasi proqnozlarını Report-a bildirib.

Donald Trampın planları

ABŞ-ın yeni prezidenti seçilən Donald Trampın ilk hücumu Barak Obamanın iqlim mirasına, xüsusilə onun Təmiz Qüvvə Planına (Clean Power Plan) qarşı çıxacaq. Amerika Konqresi korporativ vergi kodunu dəyişib, xaricdə trilyonlarla olan nağd pulu repatriasiya etmək niyyətindədir.

D.Trampın milyonlarla qanunsuz mühacirin deportasiya edilməsi real görünsə də, bu populist addımdır. İndi ABŞ-ın bəzi böyük şəhərlərinin rəsmiləri qanunsuz mühacirləri sığınacaqla təmin edəcəklərini deyiblər.

Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsində ABŞ-ın siyasətində hər hansı dəyişiklik gözlənilmir. Amerika heç bir tərəfin mövqeyindən çıxış etmir, Rusiya və Fransa ilə birlikdə danışıqlar prosesinin davam etməsinə çalışır. Bununla yanaşı, həmsədrin fərdi mövqeyi də vacibdir. Amma bu, ABŞ strategiyasından kənara çıxa bilməz. Tramp sadəcə Rusiya ilə yaxşı münasibətlərin qurulması haqqında düşünür ki, bunun da Cənubi Qafqaza birbaşa təsiri ola bilər.

Bununla yanaşı, Obamanın dövrü ilə müqayisədə Dağlıq Qarabağda indi genişmiqyaslı əməliyyatların başlanılması riski var. Amma bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm.

Rusiyanın yeni hədəfi: Balkan ölkələri

Minsk danışıqları dalana dirəndiyindən, Ukrayna üçün gələn il daha da sərt keçəcək. Hazırda Ukrayna müharibəsini 1990-cı illərdəki Balkan müharibəsi ilə müqayisə etmək olar. Ukrayna sürətlə subyektivliyini itirir. Ölkə rəhbərliyinin qətiyyətsizliyi və korrupsiya qalmaqalları hökuməti gözdən salıb, dövləti xeyli zəiflədib. Bunun nəticəsində, 2017-ci ildə ölkədə güclü iqtisadi defolt baş verə bilər.

Baltik dövlətləri yaxşı qorunduğundan, Rusiya Balkan ölkələrini hədəfə ala bilər. Rəsmi Moskva kiber hücum potensialını artırmaqda davam edəcək.
Suriyada vətəndaş müharibəsində status-kvo yarana bilər

Bəşər Əsədin hakimiyyəti beynəlxalq sanksiyaların, vətəndaş müharibəsi nəticəsində infrastrukturaya dəyən zərbələrin, daxili istehlak və istehsalın səviyyəsinin aşağı düşməsinin, subsidiyaların azalmasının, habelə yüksək inflyasiya nəticəsində valyuta ehtiyatlarının azalmasını, büdcənin və ticari balans kəsirinin böyüməsinin, Suriya funtunun ucuzlaşmasının və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin yaratdığı fəsadları aradan qaldırmaq üçün var qüvvəsi ilə çalışır. Lakin Rusiyanın motivasiyası və maliyyə qabiliyyəti Suriyada baş verən dağıntını tikməyə imkan vermir.

Ölkə valyutası funt vətəndaş müharibəsi nəticəsində hiperinflyasiyaya məruz qalsa da, Suriya sanksiyalara tab gətirmək üçün İranın təcrübəsindən istifadə edir. Nəticədə, ölkədə vətəndaş müharibəsində status-kvo yarana bilər və bu terrorçuları məhv etmək üçün yaxşı şans yaradır. Lakin yeni vəziyyətin formalaşması prinsipləri artıq indidən müəyyənləşdirilməlidir.

Avro funt sterlinqi keçəcək

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı müqaviləsinin 50-ci maddə məsələsini qaldırıb, ölkədə Brexit prosesinin başlayacaq və bu ölkə iqtisadiyyatının zəiflənməsi ilə nəticələnəcək. Bunun nəticəsində, inflyasiya Avropa Mərkəzi Bankına təsir edib, avronun funt sterlinqi dəyərdə kəçilməsi gözlənilir. Brexit həm də Şotlandiyada yeni refeferendum məsələsini ortaya çıxaracaq.

Fransua Filon Fransanın yeni prezidenti olacaq

Marin Le Penin populyarlığına baxmayaraq, Fransua Filon Fransanın yeni prezidenti olacaq. Bu proqnozun gerçəkləşməsi təqdirdə, Aİ ciddi dəyişikliklərə məruz qala, nəticədə, yaranmış vəziyyət bütünlükdə beynəlxalq geosiyasətə öz təsirini göstərə bilər. Le Pen əmindir ki, Avropa İttifaqı Avropa xalqlarının fundamental maraqlarına cavab vermir, onların milli, mədəni eyniliyini pozur.

Əlavə proqnoz: Angela Merkel yenidən kansler vəzifəsinə seçiləcək. Almanların çoxu ona alternativ görmür.

Kipr problemi həll olunacaq

Siyasi maneələrə baxmayaraq, Yunanıstan və Türkiyə Kiprin birləşməsi haqqında razılıq əldə edə bilər. Bu danışıqlarda ehtimal etmək olar ki, praqmatizm üstünlük təşkil edəcək. 
Həmin faktoru Kolumbiyada baş verən sülh danışıqlarına da aid etmək olar.

Neftin qiyməti qalxacaq

Dünya bazarında neftin qiymətinin minimum $50 olması gözlənilir. Dollar möhkəmlənməkdə davam edəcək və Azərbaycan Mərkəzi Bank üzən valyuta rejminə keçib, ehtiyatlarını qorumağa çalışacaq. Azərbaycan Respublikasında ixtisaslaşmış iqtisadiyattın inkişafına dair Strateji Yol Xəritələri, ölkə iqtisadiyatında kəskin reformaların gözləndiyini vəd edir.
Buna baxmayaraq, Azərbaycanda dövlət büdcəsindən, infrastruktur və kapital xərcləri üçün ayrılan vəsaitlərin həcmində azalmalar davam edəcək. Düşünürəm ki, 2017-ci il 
Azərbaycan üçün kifayət qədər ağır olacaq.