Prezident: Azərbaycan ilə Estoniya arasında ticarət sahəsində fəal əməkdaşlıq həyata keçirilmir » Starnews.Az Xəbərin Doğru Ünvanı
Növbəti qalmaqal: Səadət Arifqızının səs-küyə
Tanınmış teleaparıcı Səadət Arifqızı yeni
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
Ağstafa rayonunda yerləşən “Müasir və Tarixi
Salyan rayonu sürətlə inkişaf edir
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
Facebook
Təqvim
«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
» » Prezident: Azərbaycan ilə Estoniya arasında ticarət sahəsində fəal əməkdaşlıq həyata keçirilmir
Prezident: Azərbaycan ilə Estoniya arasında ticarət sahəsində fəal əməkdaşlıq həyata keçirilmir

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib. Starnews.Az-ın məlumatına görə,...

09 yanvar 2017 17:54
Font1 Font2 Font3 Font4
Bu Xəbər 59 dəfə Oxundu
Bu Xəbəri Paylaş

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Marin Mittusun etimadnaməsini qəbul edib.

Starnews.Az-ın məlumatına görə, görüşdə dövlət başçısı özünün Estoniyaya, Estoniya prezidentinin də Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı qarşılıqlı anlaşmanın mövcud olduğunu və siyasi sahədə ölkələrimizin daim bir-birini dəstəklədiyini qeyd edərək, eyni zamanda bildirib ki, ticarət sahəsində bir o qədər də fəal əməkdaşlıq həyata keçirilmir. Azərbaycanın Estoniyada uzun illərdir səfirliyinin fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimizin fəal əməkdaşlıq etdiklərini deyib. 

Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, ikitərəfli münasibətlərin inkişafında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi işinə daha çox önəm veriləcək və bu da öz növbəsində Estoniya ilə Azərbaycan arasında qarşılıqlı idxal-ixrac əməliyyatlarının stimullaşdırılması, imkanların müəyyənləşdirilməsi üçün yaxşı şərait yaradacaq. Dövlət başçısı əlaqələrimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini də qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmini vurğulayıb. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin Avropa İttifaqı çərçivəsində uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini deyərək yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın möhkəmləndirilməsi baxımından önəmini qeyd edib. Səfir iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq həyata keçirdiyini və bir-birilərini dəstəklədiklərini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ticarət, nəqliyyat, informasiya texnologiyaları, turizm, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.