Azərbaycanın “qara siyahı”sına 180 xarici jurnalistin adı daxil edilib » Starnews.Az Xəbərin Doğru Ünvanı
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Naftalanda icra başçısı dövlətimizi dəstəkləyən
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
Ağstafa rayonunda yerləşən “Müasir və Tarixi
Salyan rayonu sürətlə inkişaf edir
Səadət Arifqızı növbəti xeyriyyə konsertini
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
Facebook
Təqvim
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
» » Azərbaycanın “qara siyahı”sına 180 xarici jurnalistin adı daxil edilib
Azərbaycanın “qara siyahı”sına 180 xarici jurnalistin adı daxil edilib

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların siyahısına 180 jurnalisitin adı daxil edilib.  Starnews.Az İnterfaksa istinadən xəbər verir ki, bu...

11 yanvar 2017 22:19
Font1 Font2 Font3 Font4
Bu Xəbər 14 dəfə Oxundu
Bu Xəbəri Paylaş

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların siyahısına 180 jurnalisitin adı daxil edilib. 

Starnews.Az İnterfaksa istinadən xəbər verir ki, bu barədə XİN məlumat yayıb. 

“İşğal edilmiş ərazilərə qanunsuz səfər etdikləri üçün 180 xarici jurnalistin adı Azərbaycanda arzuolunmaz şəxslərin daxil edildiyi “qara siyahı”dadır. Onların əksəriyyəti Rusiya və Ukraynanın jurnalistləridir”, - nazirlikdən bildiriblər.

XİN qeyd edib ki, ümumilikdə “qara siyahıya” 623 nəfər daxildir. 

 “2016-cı ildə 20-yə yaxın adam rəsmi şəkildə üzr istəyib, bununla əlaqədar onların adları siyahıdan çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər var. Azərbaycanın işğal edilmiş ərazilərinə ən çox Rusiya, Almaniya, Fransa, İtaliya və ABŞ nümayəndələri səfər edib”, - nazirliyin nümayəndəsi bildirib. 

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev agetliyə bildirib ki, nazirlik İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanı araşdırır. 

“Azərbaycanın İndoneziyadakı səfirliyinə İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanın araşdırılması tapşırılıb”, - o deyib. 

Putri 2016-cı ilin oktyabrında işğal edilmiş Qarabağda olub və səfərin yekunlarına görə “Tempo” jurnalında dərc edilən məqaləni hazırlayıb.