İlham Əliyev Naxçıvanın hərbi potensialını yüksək qiymətləndirdi » Starnews.Az Xəbərin Doğru Ünvanı
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
Ağstafa rayonunda yerləşən “Müasir və Tarixi
Salyan rayonu sürətlə inkişaf edir
Səadət Arifqızı növbəti xeyriyyə konsertini
“İdman tariximizdə növbəti qızıl mərhələ” adlı
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
11:50 "Sevgi"
Facebook
Təqvim
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
» » İlham Əliyev Naxçıvanın hərbi potensialını yüksək qiymətləndirdi
İlham Əliyev Naxçıvanın hərbi potensialını yüksək qiymətləndirdi

Naxçıvanın hərbi potensialı  lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq. Starnews.Az-ın APA-ya istinadən məlumatına...

12 yanvar 2017 15:14
Font1 Font2 Font3 Font4
Bu Xəbər 68 dəfə Oxundu
Bu Xəbəri Paylaş

Naxçıvanın hərbi potensialı  lazımi səviyyədədir. Biz bu istiqamətdə də böyük iş aparmışdıq və bu gün də aparırıq.

Starnews.Az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Naxçıvanda 3 nömrəli rus məktəbin pedaqoji kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Naxçıvanın hərbi potensialı və müdafiə qabiliyyəti daim diqqət mərkəzindədir: 

“Bu gün Naxçıvan ordusu istənilən vəzifəni icra etməyə hazırdır, öz sərhədlərini qoruyur və siz burada düşmənlə üz-üzə yaşayırsınız, cəsarətlə yaşayırsınız, rəşadət göstərirsiniz və göstərmisiniz. 1990-cı illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə naxçıvanlılar öz diyarını qoruya bildilər, düşməni yerinə oturtdular. Bu gün Naxçıvanın hərbi potensialı ən yüksək səviyyədədir. Bu gün olduğum hərbi hissədə ən yüksək şərait yaradılıb”.

Prezident İlham Əliyev bildirib ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı çox önəmli addımlar atılır: “Naxçıvanda sənaye müəssisələri yaradılır, kənd təsərrüfatı inkişaf edir. O cümlədən inşaat materialları sektoru inkişaf edir. Bu gün Fövqəladə Hallar Nazirliyi üçün tikilmiş yaşayış binasında olmuşam və orada da, bu məktəbdə də istifadə olunan materialların demək olar ki, hamısı yerli məhsullardır. Bu, onu göstərir ki, sənaye də inkişaf edir, yeni müəssisələr yaradılır və Naxçıvanın ixrac potensialı da artır və artmalıdır”.
 
Dövlət başçısı bildirib ki, Naxçıvanın enerji təhlükəsizliyi təmin edilir: 

“Naxçıvanda qazlaşdırma layihələri artıq neçə ildir ki, başa çatıb. İndi Naxçıvanda qazlaşdırma 100 faizdir. Enerji potensialı və enerji təhlükəsizliyi Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmizin əsas hissəsi ilə Naxçıvanın coğrafi əlaqəsi yoxdur. Belə olan halda biz mütləq enerji potensialının inkişafına fikir verməliyik. Bu gün Naxçıvan elektrik enerjisi ilə tam təmin olunub və eyni zamanda, enerji ixrac edir. Naxçıvan təbii qazla da tam təmin olunub. Gələcəkdə bərpa olunan enerji növlərinin yaradılmasından, xüsusilə Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra Naxçıvanda enerji məsələləri ilə bağlı bundan onilliklər sonra heç bir problem olmamalıdır”.