“Eldar Mahmudovun Avropada yarım milyard dollar dəyəri olan mənzilləri var” – Video » Starnews.Az Xəbərin Doğru Ünvanı
Növbəti qalmaqal: Səadət Arifqızının səs-küyə
"Vətənim Azərbaycandır" verilişindən yeni bir
Tanınmış teleaparıcı Səadət Arifqızı yeni
“Mademoisell.A Beaut House” fərqli bir gözəllik
“Yaşıl göl” restoranı sizlərin yolunu gözləyir
Naftalanda icra başçısı dövlətimizi dəstəkləyən
Birlikdə” verilişində bu həftə nələr olacaq?
Lənkəranskinin nəşini 20 mindən çox insan
“ Birlikdə” verilişində bu həftə nələr olacaq?
Yaqut Nəriman yeni hitə imza atdı
 
starnews.Az V2
reklam
Starnews.Az
Son Xəbərlər
Facebook
Təqvim
«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
» » “Eldar Mahmudovun Avropada yarım milyard dollar dəyəri olan mənzilləri var” – Video
“Eldar Mahmudovun Avropada yarım milyard dollar dəyəri olan mənzilləri var” – Video

MTN-in keçmiş rəhbərinin Avropada geniş sahədə daşınmaz əmlaka sahibləndiyi bildirilir. Gün.Az xəbər verir ki, bu barədə ANS TV-də yayımlanmış süjetdə bəhs olunub. Həmin materialda qeyd olunur ki,...

11 dekabr 2015 14:38
Font1 Font2 Font3 Font4
Bu Xəbər 1815 dəfə Oxundu
Bu Xəbəri Paylaş
MTN-in keçmiş rəhbərinin Avropada geniş sahədə daşınmaz əmlaka sahibləndiyi bildirilir.

Gün.Az xəbər verir ki, bu barədə ANS TV-də yayımlanmış süjetdə bəhs olunub.

Həmin materialda qeyd olunur ki, E.Mahmudov Avropadakı əsas mülkləri İspaniya və Çexiyada yerləşir:

“Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı daha bir məlumat mətbuatda yer alıb. Bu dəfə keçmiş nazirin Londondakı ən dəbdəbəli küçələrdən birində bahalı mənzil aldığı ortaya çıxıb.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda - Sent-Ceyms məhəlləsində oğlunun adına səkkiiz otaqlı dəbdəbəli mənzil alıb.

Haqqın.az saytının məlumatına görə, mənzil 30 milyon funt-sterlinq dəyərindədir.

Londonun rieltor alqı-satqı şirkətlərindən fantastik qiymətə olan həmin mənzilin sabiq nazirin oğlu Anar Mahmudovun adına sənədləşdirilməsini təsdiqləyiblər.

Anar Mahmudov hal-hazırda Londonda yaşayır. Virtualaz.org saytı yazır ki, Eldar Mahmudov korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.

Londonun Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də, Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta Bütün Böyük Britaniyada ən lüksü sayılır.

Burada yaşayış sahələri deyəndə, adətən, nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur. Eldar Mahmudovun belə bir yerdə olan malikanəsi onun Avropadakı varidatının az bir qismidir.

Milli təhlükəsizlik orqanı əməkdaşı olmuş Ərəstun Oruclu iddia edib ki, Anar Mahmudov Avropada 48 milyon dollarlıq mülklərə sahibdir. Amma bu hələ “aysberq”in görünən tərəfidir:

“Əslində, Mahmudovların Avropada yarım milyard dollar dəyəri olan mənzilləri var. Bu mülklər əsasən, İspaniya və Çexiyada yerləşir”, - deyə MTN-in keçmiş əməkdaşı söyləyib.

Eldar Mahmudovun işdən azad edilməsindən sonra Milli Təhlükəszilik Nazirliyinin (MTN) bəzi əməkdaşları tərəfindən sahiblarların incidilməsi, əsassız haqq tələb edilməsi, onların həbsə atılaraq pul istənilməsi və telefon dinləmələri, korrpusiya halları ilə bağlı cinayət işləri başlanılıb, MTN-in 20-dək yüksək rütbəli əməkdaşı həbs edilib”.